• cümə, 19 Aprel, 08:48
  • Baku Bakı 13°C

DİM dünən imtahanda iştirak etmiş abituriyentlərə müraciət edib

28.07.17 11:20 945
DİM dünən imtahanda iştirak etmiş abituriyentlərə müraciət edib
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 27 iyulda keçirilmiş yeni qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb. MərkəzdənAPA-ya verilən məlumata görə, Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.
Abituriyentlər Apellyasiya Komissiyasına 28 iyul 2017-ci il tarixində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.
Qeyd olunub ki, Apellyasiya Komissiyasının işi başa çatdıqdan sonra imtahanlarla bağlı heç bir müraciətə baxılmır.
banner

Oxşar Xəbərlər