• cümə, 29 Mart, 17:45
  • Baku Bakı 14°C

DİM: "IX sinfi bitirən 30% şagird X-XI sinfə keçmir"

05.12.16 12:44 1335
DİM: "IX sinfi bitirən 30% şagird X-XI sinfə keçmir"
"IX sinifdə buraxılış imtahanını verdikdən sonra 30% şagird X-XI sinfə keçmir. Onlar məktəbi atıb, əmək bazarına gedirlər. Peşə məktəblərinə isə cəmi 1-2% şagird gedir”.APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O qeyd edib ki, XI sinifdə buraxılış imtahanı verdikdən sonra məzunların cəmi 50%-i ali təhsil müəssisələrinə ərizə verir: "Yerdə qalan 50% heç ərizə vermir. Onlar da yenə əmək bazarına üz tutur. Ali təhsil müəssisələrinə sənəd verənlərin yalnızı 30-40%-i ali məktəblərə qəbul olunur. Ali məktəbə qəbul olmayanlar isə 5 il təkrar sənəd verir. Bunlardan təxminən 5%-i ali məktəbə qəbul olunur. Biz bu araşdırmaları 24 ildir aparırıq, bu rəqəmlər 1 ilin rəqəmi deyil”.
banner

Oxşar Xəbərlər