• cümə, 29 Mart, 02:03
  • Baku Bakı 7°C

DİM: Ali məktəblərə qəbul imtahanı bəzi qruplar üzrə eyni gündə keçirilə bilər

17.03.17 13:50 715
DİM: Ali məktəblərə qəbul imtahanı bəzi qruplar üzrə eyni gündə keçirilə bilər
Bu il I-IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsi aprel ayında olacaq.
APA-nın xəbərinə görə, Dövlət imtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, bu mərhələdə iştirak edəcək abituriyentlər aprelin 10-dək internet vasitəsilə qeydiyyatdan keçməlidirlər. Rus bölməsi abituriyentləri üçün Azərbaycan dili imtahanı aprelin 9-da keçiriləcək: "Rus bölməsinin məzunları bu imtahanda iştirak etmək üçün bu vaxta kimi sənədlərini təsdiq etmələri çox vacibdir. I-IV ixtisas qruplar üzrə keçirilən qəbul imtahanlarının ilk mərhələdə iştirak etmək istəməyənlər II imtahanda iştirak edəcək. Hər 2 imtahanda iştirak etmək istəyənlər isə mütləq indi qeydiyyatdan keçməlidirlər”.
M. Abbaszadə qəbul imtahanlarının dəqiq tarixlərinin olmaması məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, hələlik sənəd qəbulu aparıldığından imtahanların dəqiq tarixi məlum deyil: "Çünki hələ bilmirik ki, hansı qrupa neçə nəfər abituriyent sənəd verəcək. Ona görə bizə vacibdir ki, hamı indidən sənəd versin. Ondan sonra günlər müəyyənləşəcək. Bəlkə hansısa qrupa 5 nəfər, digər qrupa 50 min nəfər sənəd verdi. 5 nəfərin sənəd verdiyi qrup üçün ayrıca gün təyin etmək düzgün olmaz. Hansısa qruplar üçün imtahan bir gündə keçirilə bilər”.
Direktorlar Şurasının sədri əlavə edib ki, ali məktəblərə qəbul qaydaları, müsabiqə şərtləri və digər məlumatların əks olunduğu Abituriyent jurnalının növbəti sayı bayram günlərindən sonra işıq üzü görəcək.
Qeyd edək ki,I-IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanlarının birinci mərhələsi aprel-may, ikinci mərhələsi isə iyul ayında keçirilməsi nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər