• şənbə, 20 Aprel, 12:08
  • Baku Bakı 23°C

Dilqəm Əsgərovla Şahbaz Quliyevin azad olunması üçün - Flaşmob aksiya

27.10.14 12:10 1122
Dilqəm Əsgərovla Şahbaz Quliyevin azad olunması üçün - Flaşmob aksiya
Kəlbəcərdə ermənilər tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması ilə bağlı virtual flaşmob aksiyasına başlanıb.
APA-nın xəbərinə görə, aksiyada iştirak etmək istəyənlər Ermənistan prezidentinin rəsmi internet saytındakı məktublar bölməsinə daxil olaraq ora “Girovlarımızı azad et” sözünü və cəmiyyətimizin bu məsələyə sərt reaksiyasını açıq nümayiş etdirən virtual kampaniyanın linkini yazıb Serj Sarkisyana göndərməlidirlər.
Bunu etmək üçün:
http://www.president.am/en/send-letter-to-president/ linkinə daxil olmaq;
#SaveAzeHostages və https://www.facebook.com/events/303922283130654/ ünvanlarını ona yollayaraq tələbi çatdırmaq lazımdır.
banner

Oxşar Xəbərlər