Dillər Universiteti professorunun rəyi Çin mətbuatında
Çin Xalq Respublikasının "Sinxua”
Dövlət İnformasiya agentliyində "Diqqət mərkəzində: Çində konstitusion dəyişiklik
inkişaf və sülh üçün vacib hesab edilir” adlı analitik material yayımlanıb. Material
ÇXR-in sədri Si Çzinpinin yeni dövrdə sosializmin Çin modeli ideyası əsasında
Ümumçin Xalq Nümayəndələrinin illik sessiyasında ÇXR konstitusiyasının
preambulasına daxil edilib. Məqalədə Rusiya, Yaponiya, Fransa politoloqları və
ekspertlərinin şərhləri ilə yanaşı, ADU-nun professoru Rafiq Abbasovun da
mövqeyi yer alıb. Rafiq Abbasov qeyd
edib ki, ÇXR-in konstitutsiyasının preambulasında edilmiş dəyişiklik dövlət
idarəçiliyinin təşkilati prinsiplərinin müasir tələblərə uyğunlaşdırılmasında
mühüm addımdır. Bildirib ki, Çində mütəmadi olaraq həyata keçirilən institusional
islahatlar Çin Kommunist Partiyasının
idarəetmədəki aparıcı rolunu daha da gücləndirir və onun rəhbərliyi
altında Çin xalqı Çin modelli sosializm
quruculuğunun təkmilləşməsinə istiqamətlənmiş
siyasi inkişaf yolunda irəliləyir.