AZE | RUS | ENG |

Dillər Universiteti professorunun rəyi Çin mətbuatında

Dillər Universiteti professorunun rəyi Çin mətbuatında
Çin Xalq Respublikasının "Sinxua” Dövlət İnformasiya agentliyində "Diqqət mərkəzində: Çində konstitusion dəyişiklik inkişaf və sülh üçün vacib hesab edilir” adlı analitik material yayımlanıb. Material ÇXR-in sədri Si Çzinpinin yeni dövrdə sosializmin Çin modeli ideyası əsasında Ümumçin Xalq Nümayəndələrinin illik sessiyasında ÇXR konstitusiyasının preambulasına daxil edilib. Məqalədə Rusiya, Yaponiya, Fransa politoloqları və ekspertlərinin şərhləri ilə yanaşı, ADU-nun professoru Rafiq Abbasovun da mövqeyi yer alıb. Rafiq Abbasov  qeyd edib ki, ÇXR-in konstitutsiyasının preambulasında edilmiş dəyişiklik dövlət idarəçiliyinin təşkilati prinsiplərinin müasir tələblərə uyğunlaşdırılmasında mühüm addımdır. Bildirib ki, Çində mütəmadi olaraq həyata keçirilən institusional islahatlar Çin Kommunist Partiyasının  idarəetmədəki aparıcı rolunu daha da gücləndirir və onun rəhbərliyi altında  Çin xalqı Çin modelli sosializm quruculuğunun  təkmilləşməsinə istiqamətlənmiş siyasi inkişaf yolunda irəliləyir.


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176