AZE | RUS | ENG |


Dilçilik İnstitutu televiziya və radiolarda monitorinqlərin aparılması üçün MTRŞ-dan illik vəsaiti istəyir

Dilçilik İnstitutu televiziya və radiolarda monitorinqlərin aparılması üçün MTRŞ-dan illik vəsaiti istəyir
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu televiziya və radiolarda Azərbaycan dilinin mövcud vəziyyəti ilə bağlı monitorinqlərin aparılması üçün Milli Televiziya və Radio Şurasından (MTRŞ) illik vəsait tələb edib.
 
MTRŞ sədri Nuşirəvan Məhərrəmli APA-ya bildirib ki, telekanallarda dilin qorunması ilə bağlı prosesləri davam etdirmək lazımdır. AMEA-nın Dilçilik İnstitutunda xüsusi monitorinq şöbəsinin olduğunu bildirən N. Məhərrəmli qeyd edib ki, onlarla müəyyən vaxtlarda işlər görülərək nəticələr açıqlanıb: "Bu yaxınlarda "Elektron Media Yardım Fondu” Milli Televiziya və Radio Şurasına müraciət etdi ki, Azərbaycan dili ilə bağlı monitorinqləri davam etdirsin. Bununla bağlı Dilçilik İnstitutuna müraciət etdik ki, buyurun gəlin və sizdə bu prosesdə iştirak edib. Ancaq onlar bildirdilər ki, biz vəsait ödədikdən sonra iş görməlidirlər. Təbii ki, qeyri-hökumət təşkilatı onlara müəyyən miqdarda vəsait ödəyəcəkdi. Ancaq illik vəsait istəyirlər və hesab edirlər ki, bütün qurumlar onlara müraciət etməlidir. İnstitut monitorinq apararaq, Azərbaycan dilinin mövcud vəziyyəti haqqında nəticələri elan etməlidir. Bu, səhv fikirdir. MTRŞ bu məsələyə hər zaman xüsusi önəm verir və mümkün vasitələrlə işləri davam etdirəcək”.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN