• şənbə, 20 Aprel, 07:00
  • Baku Bakı 14°C

Dilçilik İnstitutu: Bütün sahələrə nəzarətin gücləndirilməsinə ehtiyac var

28.11.18 20:34 752
Dilçilik İnstitutu: Bütün sahələrə nəzarətin gücləndirilməsinə ehtiyac var
Bir sıra kütləvi informasiya vasitələri, o cümlədən onlayn media, müxtəlif internet resursları, reklam agentlikləri, radio verilişlərinin aparıcıları ana dilimizin fonetik, leksik-semantik və qrammatik normalarına lazımınca riayət etmirlər. Bu da dilimizin inkişafına və saflığına xələl gətirir.
Bunu Trend-ə Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva deyib.
Onun sözlərinə görə, buna görə də dilimizin tətbiq olunduğu bütün sahələrə daimi nəzarətin gücləndirilməsinə ehtiyac duyulur:
"Ölkəmizdə dövlət dilinin tətbiqi, qorunması və inkişaf etdirilməsi üçün silsilə tədbirlər həyata keçirilir. Xalqımızın ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən imzalanmış fərman və sərəncamlar dilimizin hüquqi statusu, onun saflığının qorunması və inkişafı, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün olduqca əlverişli şərait yaradıb. Prezident İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli fərmanı əsası Ümummilli lider tərəfindən qoyulmuş dil siyasətinin və bu gün dilimizin saflığının qorunması və inkişafı ilə bağlı dövlətimizin başçısının həyata keçirdiyi səmərəli və genişmiqyaslı işlərin məntiqi davamıdır”.
A.Məşədiyeva əlavə edib ki, "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman ana dilimizin inkişafına yönəlmiş müdrik siyasətin parlaq təzahürləridir.
Alim qeyd edib ki, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin yaradılması Azərbaycan dilinin saflığının qorunması, mövcud nöqsanların və pozuntuların aradan qaldırılması, ədəbi dil normalarının qorunması istiqamətində həyata keçirilən ardıcıl və sistemli islahatların yeni bir mərhələsidir.
banner

Oxşar Xəbərlər