• cümə axşamı, 25 aprel, 21:15
  • Baku Bakı 21°C

Dilarə Danimarkada konsert verib

05.05.14 09:28 1117
Dilarə Danimarkada konsert verib
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Dilarə Kazımovanın çıxışı Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyətinin təşəbbüsü ilə baş tutub.
Konsert zamanı Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqi çıxış edərək hamını "Eurovision 2014" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Dilarə Kazımovaya səs verməyə çağırıb. Azərbaycanlı musiqiçinin çıxışı böyük coşqu ilə qarşılanıb.
3 may - Türk Günü ilə əlaqədar Danimarkadakı Azərbaycan və Türk diaspor təşkilatlarının təşkil etdiyi tədbirdə Türkiyənin bu ölkədəki səfiri Mehmet Dönmez, Skandinaviya Ülkü Ocaqlarının sədri Bahadur Gülər, Isveçdə fəaliyyət göstərən "Xəzər" Cəmiyyətinin sədri Leyla Kiani, Danimarkada çalışan tanınmış iş adamları, dövlət rəsmiləri, çox sayda media nümayəndəsi olmaqla ümumilikdə 1300 nəfərdən artıq qonaq iştirak edib.
banner

Oxşar Xəbərlər