• cümə axşamı, 25 aprel, 02:15
  • Baku Bakı 19°C

Dibalanın Platinidən yeganə üstünlüyü

16.07.20 15:30 768
Dibalanın Platinidən yeganə üstünlüyü
UEFA-nın sabiq prezidenti Mişel Platini "Yuventus”un futbolçusu Paulo Dibalanın özü ilə müqayisə edilməsinə münasibət bildirib.
Kaspi.az xəbər verir ki, Platini fərqli mövqelərin futbolçuları olduqlarını deyib. O, məsələyə bir qədər də zarafatyana münasibət göstərib:
"Həmişə müqayisələrdən uzaq olmağa çalışmışam. Amma deməliyəm ki, Dibala məndən yalnız bir məqamda üstündür – 40 yaş cavandır.
O, hücumçudur çox qol vurur. Mən isə yarımmüdafiəçi olsam da çox qol vurmuşam, komanda oyunçusu olmuşam. Mənim etdiklərim Dibalanın etdikləri deyil”.
Qeyd edək ki, Platini "Yuventus”da çıxış edərkən 3 il dalbadal "Qızıl top”u qazanıb. Dibala cari mövsümdə İtaliya çempionatında 30 oyun keçirib, 11 qol vurub, 9 qol ötürməsi edib.
banner

Oxşar Xəbərlər