• şənbə, 20 Aprel, 00:46
  • Baku Bakı 15°C

Diaspordan pulu necə almalı?

28.11.19 15:56 875
Diaspordan pulu necə almalı?
Paşinyan xaricdəki erməniləri soymağın orijinal yollarını axtarır

Nikol Paşinyanın özünün də etiraf etdiyi kimi, xarici səfərləri iqtisadiyyatı bərbad gündə olan, az cəlbedicilik xüsusiyyətlərinə malik ölkəyə investisiya cəlb olunmasına yönəlib. İşğalçılıq siyasəti nəticəsində yarıblokada vəziyyətinə salınan respublikaya vəd edilən investisiya bumu baş verməyib. İnvestisiya yoxluğu, eyni zamanda biznes sahəsinin bərabərhüquqlu inkişafına mane olur, ölkədə korrupsiya və qohumbazlığın yüksək səviyyəsi qalmaqdadır. Hakimiyyət orqanları da çıxış yolunu erməni brendini özündə əks etdirən diaspor resursundan istifadə etməkdə görür. "Vestnik Kafkaza” yazır ki, bu gün erməni siyasi elitası gənclər arasında populyar olan müasir informasiya platformalarını mənimsəyə çalışır: "Məsələn, Nikol Paşinyanın "facebook”da 10 ən aktiv siyasətçi sırasında olduğu iddia olunur. Praktiki olaraq parlamentin hər iclasından və xarici səfərdən sonra Paşinyan öz səhifəsində canlı efirə çıxaraq izləyiciləri ilə ünsiyyətə girir. Lakin maraqlısı odur ki, həmin canlı efirlər tək bir nəfərin efiri kimi yadda qalır. Kimsənin bir sual ünvanlamaq imkanı olmur. Belə qənaətə gəlmək mümkündür ki, erməni baş nazir siyasətə həm də uğurlu bloger kimi daxil olmaq üçün gəlib”.
Əlavə edilir ki, baş nazirin cəmiyyətin gözündə populyar olmaq istəyi ona gətirib çıxara bilər ki, onun komandası yaxın vaxtlarda "Donate Pau” və "Donation Alepts” servislərini mənimsəmiş olacaq: "Bunların köməyi ilə maliyyə vəsaitlərinin elektron yığımını (donat) həyata keçirmək mümkün olacaq. Xaricdəki erməni auditoriyası da bununla izləyicilərin sayını arıtmağa çalışacaq. Onun hesabına vəsait toplamaq isə daha asan və sürətli olacaq. Hazırda hakimiyyət bütün erməni siyasi elitasının korrupsiyalaşması ilə yayılan neqativ makroiqtisadi effekti azaltmağa çalışır. Eyni zamanda Paşinyan Ermənistanı, sürətli şəkildə dünya erməniliyinin gözündə rebrendinq həyata keçirməlidir. Xüsusən də gənc ermənilərin gözündə. Diaspora ilə postsovet Ermənistanı arasında mədəni, dəyərlər baryerlərinin aradan qaldırılmasına cəhd göstərməlidir. Belçika, İtaliya, Fransa erməniləri qarşısında çıxış edən Paşinyan diasporu beyninə respublikada baş verən prosesləri yeritməyə çalışır. "İnqilab”ı ümumerməni prosesi kimi nəzərdən keçirmək istəyir. Söhbət hansısa forumdan gedirsə, onda erməni elitası onun mütləq Yerevanda və yaxud da işğal altında olan torpaqlarda keçirilməsinə çalışır. Bu zaman daxili siyasi problemlərdən heç nə danışılmır. Yerevan beynəlxalq hüquqa söykənərək, mütəmadi olaraq Azərbaycanı tənqid edir. Lakin qonşu dövlətin torpaqlarını işğal altında saxlaması ilə belə bir mövqeyini xeyli zəiflətmiş olacaq. Erməni diplomatiyasının Türkiyə və Azərbaycanla münasibətlərdə yaşanan böhranı həll edə bilməməsi onu deməyə əsas verir ki, mövcud xarici siyasət paradiqması tükənib və özünü doğrultmur. Erməni diplomatiyası 30 il ərzində ancaq və ancaq qonşulara nifrətdən başqa bir şey fikirləşib tapa bilməyib. Özü də bu siyasət Avropa ölkələrində o qədər də ciddi dəstəyə malik deyil. Yerevanın güclü diaspora söykənməsi, ölkənin xaricdə maraqlarının lobbiləşdirilməsi siyasi reallıqlardan çox uzaqdır”.

O da vurğulanır ki, Paşinyanın Avropa səfərlərinin əsas hədəflərindən biri də lokal erməni separatizmini dəstəkləməkdən ibarətdir. Belə ki, erməni siyasi elitasının növbəti cəhdi Qarabağ müharibəsi zamanı törətdikləri hərbi cinayətlərə görə, məsuliyyətdən uzaqlaşmaqdır. Məsələn, Paşinyanın Milana səfərində bunu aydın hiss etmək olardı. Beynəlxalq ictimaiyyəti Xocalıda baş verənlərə görə çaşdırmağa çalışan Paşinyan, erməni tərəfinin Qarabağdakı aqressiyaya görə məsuliyyətini azaltmağa çalışır, separatçı rejimi qanuni və cəlbedici göstərməyə çalışır. Erməni hakimiyyət orqanları işğalı legitimləşdirməyə nail ola bilmədiyindən, Qarabağ hadisələri ilə bağlı proseslərdə fəallaşmağa çalışır.
Yeri gəlmişkən, Paşinyan Avropa və ABŞ "turları”nda maliyyə əldə etmək üçün dəfələrlə cəhdlər etsə də, istəyinə nail ola bilmədi. Sonuncu, İtaliya səfəri zamanı isə diaspor nümayəndələri tərəfindən "istefa” şüarı ilə qarşılaşmalı oldu. Heç kimə sirr deyil ki, Paşinyanın hakimiyyətə gəlməsində dünyadakı erməni diasporunun böyük rolu oldu. Hər halda, Ermənistanda hakimiyyət dəyişikliyi ərəfəsində diaspor nümayəndələri tərəfindən dünyanın müxtəlif mətbuat orqanlarında Sarkisyanı ifşa və Paşinyana dəstək ifadə edən məqalələr çap olundu. Paşinyanın dünyanın müxtəlif güc mərkəzləri ilə əlaqələndirilməsində, onun haqqında müsbət rəyin verilməsində diaspor mühüm rol oynadı. Lakin görünür, baş nazir olduqdan sonra hakimiyyət reallıqlarından çıxış edərək, proseslərə fərqli yanaşan, bəzən zidd mövqe ortaya qoyan Paşinyanın fəaliyyəti diasporu qane etmədi və onlar baş nazirə qarşı hərəkətə keçiblər. Paşinyan Rusiya və Qərb, diaspor ilə yerli erməni əhalisi, üstəlik də, Qarabağ erməniləri arasında "qızıl üçbucağı” tapa bilmədi. Diaspor üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirə bilməyən Paşinyana bu cür etirazlarla xəbərdarlıq edir və yəqin ki, vəziyyət belə davam edərsə, özləri onun yerinə başqa bir namizədin gətirilməsini təşkil edib, Rusiyanı qabaqlamağa çalışacaqlar.
Özü də diaspora arasında erməni "məxməri inqilabına” münasibət də fərqlidir. Bir qisim onun heç bir dəyişikliyə gətirib çıxarmadığını, bir qisim isə ümidləri doğrultmadığını, Rusiyadan asılılığı azaltmadığı qənaətindədir. Hətta kilsə arasında da inqilaba münasibət mənfidir. Məsələn, Kilikiya Böyük Evinin katalikosu Birinci Aram erməni inqilabını sərt tənqid edərək onu həyata keçirənlərin əməlləri ilə verdikləri vədlərin üst-üstə düşmədiyini bildirib: "İnqilab tezliklə baş çatır, lakin vədlər onun dayağına çevrilmir. Vədlər reallıqdan uzaqlaşırsa, xalq və hakimiyyət arasında dərin böhran yaranır. Bu isə qarşısıalınmaz təhlükələrə gətirib çıxarır”.
Azər
banner

Oxşar Xəbərlər