• çərşənbə axşamı, 19 mart, 12:08
  • Baku Bakı 8°C

Diaspor təşkilatlarının işi ölkə üçün hər zaman zəruri olacaq - Fotolar

25.04.17 18:20 668
Diaspor təşkilatlarının işi ölkə üçün hər zaman zəruri olacaq - Fotolar
Azərbaycan Texniki Universitetində (AzTU) Diaspor Jurnalistləri Birliyinin (DJB) könüllü olaraq icra etdiyi "Ali məktəblərdə diaspor dərsləri” layihəsi çərçivəsində tədbir keçirilib.

AzTU-nun prorektoru İsa Xəlilov qonaqları salamlayıb və onları tələbələrə təqdim edib. Prorektor çıxışında müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının işindən danışaraq Azərbaycanı dünyaya tanıdan bu təşkilatlarda görülən işlərin əhəmiyyətini vurğulayıb. 90-cı illərin əvvəllərində ölkəmizin məqsədli şəkildə informasiya blokadasına salınmasını və bu blokadanın yarılmasında diasporların fəaliyyətlərini yadda salan İsa Xəlilov qeyd edib ki, diaspor təşkilatlarının işi ölkə üçün hər zaman zəruri olacaq.

DJB-nin sədri Fuad Hüseynzadə layihənin məqsədindən danışaraq əsas hədəflərin tələbə-gənclərin Azərbaycan diasporu haqqında düşüncəsini inkişaf etdirmək, gənclərin informasiya müharibəsinin aparılmasında rolunu gücləndirmək olduğunu qeyd edib.

Daha sonra "Hollandiya Azərbaycan Evi”nin sədri Elxan Mirhəşimli, Dünya Azərbaycanlıları Konqresinin Qadınlar Şurasının sədri Dünya Əliyeva, Türkiyə Azərbaycan evinin icraçı direktoru, diaspor məsələləri üzrə ekspert Toğrul Allahverdili, Ukraynada fəaliyyət göstərən Yeni Dünya Beynəlxalq İctimai Birliyinin baş katibi Xəzri Elxanoğlu, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi və Rusiya Azərbaycanlıları Gənclər Təşkilatının keçmiş üzvü Zaur Məmmədov, Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının magistri olmuş gənc politoloq Elvin Babayevin çıxışları maraqla dinlənilib. Çıxış edənlər məlumat və maarifləndirmə xarakterli "Diaspor dərsi”ndə ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının xaricdəki azərbaycanlıların vahid ideya ətrafında birləşməsində rolu, Azərbaycan dövlətinin diasporun inkişafı istiqamətində gördüyü işlər, xaricdəki tələbə-gənclərimizin diaspor fəaliyyətinin perspektivləri, gənclərimizin informasiya müharibəsinin aparılmasında rolu mövzularında çıxışlar ediblər.

Azərbaycan Texniki Universitetinin məzunu və hazırda Almaniyanın Rostok Universitetinin Texniki termodinamika kafedrasının daimi elmi işçisi Cavid Səfərov isə "Skype” vasitəsilə "Diaspor dərsi”nə qoşulub və öz fikirlərini tələbələrlə bölüşüb.

Sonda qonaqlar tələbələri maraqlandıran bütün sualları cavablandırıblar.


banner

Oxşar Xəbərlər