• şənbə, 20 Aprel, 02:24
  • Baku Bakı 15°C

Diaspor Jurnalistləri Birliyi yaradılıb

08.01.14 10:40 1203
Diaspor Jurnalistləri Birliyi yaradılıb
Azərbaycanda diaspor mövzusunda yazan jurnalistləri bir araya gətirəcək yeni təşkilat yaradılıb. Diaspor Jurnalistləri Birliyi adlanan qurumda ölkənin müxtəlif qəzet və portallarında fəaliyyət göstərən mətbuat nümayəndələri təmsil olunur.
Təşkilatdan “Kaspi”yə verilən məlumata görə, diaspor mövzusundan yazan bir qrup jurnalist 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bir araya gələrək DJB-ını yaratmaq qərarına gəliblər.
DJB-ın məqsədi ölkə mediasının diaspor mövzusuna diqqətini artırmaq, xaricdəki Azərbaycan diaspor təşkilatları ilə əlaqələr qurmaq, onların fəaliyyətini cəmiyyətə çatdırmaqdır. Bundan başqa təşkilat xarici ölkələrin nüfuzlu KİV-lərində çalışan jurnalistlərlə əlaqələr qurmaq, bu yolla Azərbaycan həqiqətlərinin ayrı-ayrı ölkələrin KİV-lərində yayılmasına nail olmaq istiqamətində də fəaliyyət göstərəcək. Təşkilatın öz planlarını daha aktiv həyata keçirməsi üçün ən qısa zamanda xarici ölkələrdə özəklərinin yaradılması nəzərdə tutulub. DJB-dən o da bildirilib ki, birliyin təşkilati və hüquqi proseduraları başa çatdıqdan sonra onun cəmiyyətə təqdimatı olacaq.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər