• cümə axşamı, 28 mart, 19:46
  • Baku Bakı 13°C

Diana Hacıyeva: “Finalda layiqli yer tutmaq üçün əlimdən gələni edəcəyəm”

10.05.17 09:10 1438
Diana Hacıyeva: “Finalda layiqli yer tutmaq üçün əlimdən gələni edəcəyəm”
Azərbaycanı "Eurovision-2017” mahnı müsabiqəsində təmsil edən Diana Hacıyeva "APAHoldinq”in Kiyevə ezam edilmiş əməkdaşı ilə söhbəti zamanı Finalda layiqli yer tutmaq üçün əlimdən gələni əsirgəməyəcəyini qeyd edib.
"Mən ölkəmizi "Eurovision-2017”-də təmsil etməkdən qürur hiss edirəm. Mən finala keçməyimdən çox şadam. Düşünürəm ki, hər şey olacağı kimi baş verib, çünki biz çox məşq etmişik və finala keçməyimizə əmin idik.
Mən komandam ilə finalda layiqli yer tutmaq üçün əlimdən gələni edəcəyəm. Ola bilsin hətta birinci yeri də tutdum. Hazırlaşın hər ehtimal üçün.
Əziz dostlar, gəlin bir-birimizə dəstək olaq. Mən sizi çox sevirəm, dəstəyə görə hamınıza təşəkkür edirəm”, - deyə Diana Hacıyeva bildirib.
banner

Oxşar Xəbərlər