• cümə, 29 Mart, 09:39
  • Baku Bakı 5°C

Di Mariyaya pivə butulkası atdılar, o da...

13.02.19 11:08 555
Di Mariyaya pivə butulkası atdılar, o da...
PSJ-nin futbolçusu Di Mariya Çempionlar Liqasının 1/8 finalında sabiq komandası "Mançester Yunaytedə qarşı əla oyun sərgiləyib.
Kaspi.az xəbər verir ki, Di Mariya PSJ-nin 2:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada hər iki qolun ötürməsini verib. "Old Trafford”da azarkeşlər oyun boyu onu fitə basıblar.
PSJ-nin ilk qolundan sonra isə fanatlardan biri Di Mariyaya pivə butulkası atıb. O, butulkanı yerdən götürərək, sanki pivə içirmiş jestini edib.
Di Mariya MY-də 2014/2015 mövsümündə çıxış edib.
banner

Oxşar Xəbərlər