• cümə, 19 Aprel, 23:10
  • Baku Bakı 24°C

Di Kaprionun yeni filminin Bakı premyerası olacaq

31.01.14 13:37 1529
Di Kaprionun yeni filminin Bakı premyerası olacaq
Parkcinema kinoteatrlar şəbəkəsi Leonardo Di Kaprionun baş rolda çəkildiyi “Uoll-Strit canavarı” filminin premyeradan öncə baxışını təşkil edir. Jurnalistlər və film həvəskarları üçün nəzərdə tutulan bu seansa biletlər artıq satışdadır.
Yeni filmin ilk nümayişi fevralın 4-də MetroPark-da yerləşən Parkcinema kinoteatrında baş tutacaq. Filmin nümayişi 19.30-da başlayır.
“Uoll-Strit canavarı” filmini bu qışda proakata çıxan filmlər arasında ən qalmaqallı adlandırmaq olar. 100 milyo dollara başa gələn film 180 dəqiqə davam edir. Maraqlısı odur ki, filmin rejissor versiyası düz 4 saat təşkil edib. Bu film rejissor və baş rol ifaçısı nominasiyası üzrə 2 Oskar mükafatında namizəddir.
banner

Oxşar Xəbərlər