• şənbə, 20 Aprel, 17:37
  • Baku Bakı 23°C

DGK sədri "Sınıq Körpü"dəki növbələrin və problemlərin səbəbini açıqlayıb

19.01.17 13:00 889
DGK sədri "Sınıq Körpü"dəki növbələrin və problemlərin səbəbini açıqlayıb
Dövlət Gömrük Komitəsinin sədriAydın ƏliyevAzərbaycanla-Gürcüstan sərhədində yerləşən "Sınıq Körpü" keçid məntəqəsində növbələrin və problemlərin yaranmasına aydınlıq gətirib.
"APA-Economics" xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında A. Əliyev bildirib: "Bir vaxtınızı sərf edin və Azərbaycandan Gürcüstan istiqamətində gedənlərə nəzər salın. Görün Azərbaycandan Gürcüstana gedənlər arasında bir kibrit aparan var? Gürcüstanda isə müəyyən işbazlar var ki, Azərbaycana gələnlərə "Pampers", siqaret verirlər və deyirlər ki, sizdə bunlardan yoxdur. Mən hələ Gürcüstana ailəvi şəkildə alver məqsədi ilə gedənləri, gündə, ayda bir neçə dəfə sərhədi keçənləri demirəm. Təsəvvür edin, bu adamlar ailəvi şəkildə gündə bir neçə dəfə sərhədi keçirlər və oradan icazə verilən normativdən artıq mal və məhsul gətirirlər".
banner

Oxşar Xəbərlər