• cümə, 29 Mart, 14:33
  • Baku Bakı 14°C

DGK sədri: "Bir-birinin funksiyalarını təkrar edən şöbələr və idarələr birləşdirilib"

12.09.18 11:07 540
DGK sədri: "Bir-birinin funksiyalarını təkrar edən şöbələr və idarələr birləşdirilib"
"Dövlət Gömrük Komitəsinin (DGK)indiyə qədər fəaliyyət göstərdiyi struktur ötən əsrin 90-cı illərindən qalmışdı. Komitənin idarə vəşöbələriarasında bir-birinin funksiyalarını təkrar edənlər var idi. Bunu nəzərə alaraq onların bəziləri birləşdirilib".
"Report" xəbər verir ki, bunu "Gömrük orqanlarında aparılan islahatlar və nəticələr" mövzusunda keçirilən mətbuat konfransında komitənin sədriSəfər Mehdiyevdeyib.
Onun sözlərinə görə, son aylar aparılan struktur islahatları gömrük işinin keyfiyyətinin artmasına səbəb olub:"Məsələn, əvvəllər "Sınıq Körpü" gömrük-keçid məntəqəsindən gün ərzində 6 min insan keçirdisə, bu yay bu rəqəm 17 minə qalxıb.Hava Nəqliyyatında Baş Gömrük İdarəsi isə hər ay gömrük-keçid məntəqələrində 1,5 mln. sərnişinə xidmət edir. Bu isə rekord göstəricidir".
banner

Oxşar Xəbərlər