AZE | RUS | ENG |

DGK sədri: "Bir-birinin funksiyalarını təkrar edən şöbələr və idarələr birləşdirilib"

DGK sədri:
"Dövlət Gömrük Komitəsinin (DGK) indiyə qədər fəaliyyət göstərdiyi struktur ötən əsrin 90-cı illərindən qalmışdı. Komitənin idarə və şöbələri arasında bir-birinin funksiyalarını təkrar edənlər var idi. Bunu nəzərə alaraq onların bəziləri birləşdirilib". 

"Report" xəbər verir ki, bunu "Gömrük orqanlarında aparılan islahatlar və nəticələr" mövzusunda keçirilən mətbuat konfransında komitənin sədri Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, son aylar aparılan struktur islahatları gömrük işinin keyfiyyətinin artmasına səbəb olub: "Məsələn, əvvəllər "Sınıq Körpü" gömrük-keçid məntəqəsindən gün ərzində 6 min insan keçirdisə, bu yay bu rəqəm 17 minə qalxıb. Hava Nəqliyyatında Baş Gömrük İdarəsi isə hər ay gömrük-keçid məntəqələrində 1,5 mln. sərnişinə xidmət edir. Bu isə rekord göstəricidir". 




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6489
GBP 1 İngilis funt sterlinqi 2.2275
TRY 1 Türk lirəsi 0.2758
KWD 1 Küveyt dinarı 5.6154
SEK 1 İsveç kronu 0.1932
EUR 1 Avro 1.9960
CHF 1 İsveçrə frankı 1.7592
USD 1 ABŞ dolları 1.7000