• cümə axşamı, 25 aprel, 04:40
  • Baku Bakı 19°C

DGK-nın təşkilatçılığı ilə "Şərəfli tarixi yol" sərgisi keçirilib

03.05.18 09:10 715
DGK-nın təşkilatçılığı ilə "Şərəfli tarixi yol" sərgisi keçirilib
Bakıda keçirilən Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının Assambleyası və Konfransının iştirakçıları Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən "Şərəfli tarixi yol" adlı sərgi ilə tanış olublar.
"APA-Economics”in məlumatına görə, Azərbaycan Xalça Muzeyində açılan sərgiAzərbaycan Xalq Cümhuriyyətidövründə (1918-1920) hökumətin gömrük sahəsindəki fəaliyyətini əks etdirir. SərginiDövlət Gömrük Komitəsitəşkil edib.
Sərginin açılış mərasimində ilk olaraq çıxış edən Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan bu tədbirin əhəmiyyətindən bəhs edərək sərgidə nümayiş olunan eksponatların, eləcə də Xalça Muzeyi ilə tanışlığın qonaqlarda xoş təəssürat yaradacağına əminliyini ifadə edib.
DGK sədri Səfər Mehdiyev mərasimdə çıxış edərək bildirib ki, Komitə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə gömrüyünün inkişafındakı rolu, gömrük xidmətinin tarixi, gömrük orqanlarının mədəni dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində gördüyü işlər, eləcə də Azərbaycan torpaqlarının erməni qəsbkarları tərəfindən işğalı, Dağlıq Qarabağ kimi nəzarət olunmayan ərazilərdən istifadə yolu ilə mədəni sərvətlərin oğurlanması barədə dünya ictimaiyyətini məlumatlandırmaq və yaxından tanış etmək məqsədilə respublikada və dünyanın bir çox ölkələrində sərgilər keçirib.
S. Mehdiyev qeyd edib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur. 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş verib, Şərqdə ilk parlamentli respublika olanAzərbaycan Xalq Cümhuriyyətiqurulub. Cəmi iki ilə yaxın yaşamış Cümhuriyyət zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb.
Bununla əlaqədar, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2018-ci il Azərbaycanda "Azərbaycan Xalq Cümhuriyyətiİli" elan edilib və bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
DGK sədri diqqətə çatdırıb ki, "Şərəfli tarixi yol" sərgisində nümayiş olunan eksponatlarAzərbaycan Xalq Cümhuriyyətidövründə digər sahələrlə yanaşı, 1918-1920-ci illərdəki gömrük tarixini və həmin dövrü əks etdirən etnoqrafik mühiti, neft sənayesini və ictimai həyatı əks etdirir. Sərgidə nümayiş olunan arxiv sənədlərini və fotoşəkilləri Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası təqdim edib.
S. Mehdiyev buna görə Milli Elmlər Akademiyasının və təşkilati məsələlərdə dəstəyi üçün Azərbaycan Xalça Muzeyinin rəhbərliyinə təşəkkürünü bildirib. Sonra qonaqlar sərgi ilə tanış olublar.
Sərginin rəsmi bölümündə ümummilli lider Heydər Əliyev və Azərbaycan Prezidenti İlham ƏliyevinAzərbaycan Xalq Cümhuriyyətiilə bağlı fikirləri, Cümhuriyyətin yaranma tarixi və 1918-ci ildə İstiqlal Bəyannaməsini qəbul edən Azərbaycanın Milli Şura və Hökumət üzvləri haqda məlumat, Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi xəritəsi - Azərbaycan nümayəndələri tərəfindən 1919-cu ildə Paris (Versal) Sülh Konfransına təqdim olunan xəritə və Cümhuriyyətin tanınması haqda Millətlər Liqasının memorandumu, Cümhuriyyət əsgərlərinin Bakıdakı paradı və Cümhuriyyət generalları haqda bilgilər əksini tapıb.
İkinci bölüm 1918-1920-ci illərdə gömrük tarixini əks etdirir, üçüncü etnoqrafik bölümdə isə Cümhuriyyət dövrünə aid eksponatlar nümayiş olunur.
Növbəti, sonuncu bölümdəki ekranlarda isə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin AXC ilə bağlı fikirləri və dalğalanan Azərbaycan bayrağı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixini əks etdirən və müasir Azərbaycanın gömrük işinə həsr olunan sənədli filmlər təqdim edilir.
Sərgidə Gömrük Tarixi Muzeyinin fondlarına məxsus bir çox qiymətli eksponatlar da nümayiş olunur. Qonaqlar, həmçinin Azərbaycan Xalça Muzeyində nümayiş etdirilən eksponatlarla tanış olub, onlara Azərbaycan xalçaçılıq məktəbinin yaranması, inkişafı və xüsusiyyətləri barədə ətraflı məlumat verilib.
Sərgi mayın 3-dək davam edəcək.
banner

Oxşar Xəbərlər