• çərşənbə axşamı, 16 aprel, 15:48
  • Baku Bakı 19°C

DGK İranla sərhəddə narkotik qaçaqmalçılarına qarşı yeni avadanlıq quraşdıracaq

25.09.18 18:54 407
DGK İranla sərhəddə narkotik qaçaqmalçılarına qarşı yeni avadanlıq quraşdıracaq
Dövlət Gömrük Komitəsi (DGK) "B-scan” adlı yoxlama aparatı almağı planlaşdırır.
Trend-in məlumatına görə, bunu Gömrük nəzarətinin təşkili və ticarətin asanlaşdırılması Baş İdarəsinin Gömrük əməliyyatlarının tənzimlənməsi idarəsinin rəisi Anar Məmmədov jurnalistlərə açıqlamasında deyib.
A.Məmmədov bildirib ki, bu avadanlıqlar vasitəsilə insanların daxili orqanlarında gizlədilən narkotik vasitələr və qanunsuz predmetlər gömrük ərazisində qısa zamanda aşkarlanacaq:
"Avadanlıqların əsasən İranla sərhəddə yerləşən gömrük sərhəd-keçid məntəqələrində yerləşdirilməsi nəzərdə tutulub”.
A.Məmmədov qeyd edib ki, yeni yoxlama avadanlıqları bu ilin sonunadək gətiriləcək.
banner

Oxşar Xəbərlər