AZE | RUS | ENG |

DGK: İdxal edilən işlənmiş təkərlərin gömrük rüsumu yeni qaydalarla hesablanır

DGK: İdxal edilən işlənmiş təkərlərin gömrük rüsumu yeni qaydalarla hesablanır
Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli qərarına əsasən, 2018-ci ilin yanvar ayının 1-dən etibarən ölkəyə gətirilən bərpa edilmiş şinlərə (işlənmiş təkər) yeni gömrük rüsumları tətbiq edilib.
 
Dövlət Gömrük KomitəsiMətbuat Xidmətindən "APA-Economics”ə verilən məlumata görə, gömrük rüsumlarının dəyişdirilməsi barədə qərarın verilmə tarixi ilə qüvvəyə minəcəyi tarix arasındakı müddət kifayət qədər olub və üstəlik bu barədə ictimaiyyətə ətraflı məlumat verilib.
 
"Lakin bu sahədə fəaliyyət göstərən, bərpa edilmiş şinləri xaricdən gətirərək ölkə daxilində onların satışını həyata keçirən bir qrup şəxs bir sıra dövlət qurumlarının, o cümlədən Dövlət Gömrük Komitəsinin inzibati binasının qarşısına toplanaraq qanunvericilikdə edilən dəyişikliklə  razılaşmadıqlarını, təkidlə idxal gömrük rüsumlarının əvvəlki qaydada hesablanmasını tələb ediblər”, - deyə məlumatda vurğulanıb.
 
Qeyd edək ki, dəfələrlə Dövlət Gömrük Komitəsinin səlahiyyətli nümayəndələri, şəxsən DGK sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev, DGK sədrinin birinci müavini,  gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və digər məsul vəzifəli şəxslər yeni qərarla razılaşmayan sahibkarlarla dəfələrlə görüşüb, onlara qanunvericiliyin tələbləri barədə müvafiq izahatlar verilib.
 
"Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, idxal edilən bərpa edilmiş şinlərə tətbiq olunan gömrük rüsumu mövcud normativ-hüquqi aktlara əsasən yeni qaydalarla hesablanır”, - deyə məlumatda qeyd olunub.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0038
GEL 1 Gürcü larisi 0.6891
GBP 1 İngilis funt sterlinqi 2.3714
TRY 1 Türk lirəsi 0.4488
KWD 1 Küveyt dinarı 5.6678
SEK 1 İsveç kronu 0.2089
EUR 1 Avro 2.0914
CHF 1 İsveçrə frankı 1.8180
USD 1 ABŞ dolları 1.7001