AZE | RUS | ENG |


DGK: Azərbaycan-Gürcüstan sərhədində yaranan sıxlıq tam aradan qaldırılıb

DGK: Azərbaycan-Gürcüstan sərhədində yaranan sıxlıq tam aradan qaldırılıb
Azərbaycan-Gürcüstan sərhədində yaranan sıxlıq tam aradan qaldırılıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən "APA-Economics”ə verilən xəbərə görə, həftənin istirahət günləri ilə əlaqədar olaraq bu gün səhər saatlarında Azərbaycan-Gürcüstan sərhədində sərnişinlərin və nəqliyyat vasitələrinin sayında artım müşahidə olunub və səhər saatlarından etibarən Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postunda nisbi sıxlıq yaranıb.
 
Dövlət Gömrük Komitəsinin aidiyyatı qurumları dərhal gücləndirilmiş iş rejiminə keçib və görülən müvafiq tədbirlər nəticəsində qısa zaman kəsiyində gömrük postunda sıxlıq tam aradan qaldırılıb.
 
Hazırda Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" sərhəd-gömrük keçid məntəqəsi normal iş rejimində fəaliyyət göstərir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0041
GEL 1 Gürcü larisi 0.6693
GBP 1 İngilis funt sterlinqi 2.3449
TRY 1 Türk lirəsi 0.4480
KWD 1 Küveyt dinarı 5.6549
SEK 1 İsveç kronu 0.2123
EUR 1 Avro 2.0859
CHF 1 İsveçrə frankı 1.7647
USD 1 ABŞ dolları 1.7001