AZE | RUS | ENG |

“Dəyişikliklərə cəsarəti çatan cümhuriyyət qadınları” filmi nümayiş olunacaq

“Dəyişikliklərə cəsarəti çatan cümhuriyyət qadınları” filmi nümayiş olunacaq
Bakıda İsveçrənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə çəkilən "Dəyişikliklərə cəsarəti çatan cümhuriyyət qadınları” filminin nümayişi olacaq.
 
Səfirlikdən APA-ya verilən məlumata görə, Azərbaycan tarixində qadınların əhəmiyyətli rolundan bəhs edən film bu il İsveçrə səfirliyinin maliyyə dəstəyi ilə Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti (RİQC) tərəfindən hazırlanıb.
 
Filmin mayın 16-da Bakıdakı Yarat Müasir İncəsənət Mərkəzində təqdim olunacaq.

Giriş pulsuz olacaq.
 
"Dəyişikliklərə cəsarəti çatan cümhuriyyət qadınları” sənədli filmi Azərbaycanda qadınlara səsvermə hüquqlarının verilməsinin 100 illiyinə həsr olunub və son əsrdə Azərbaycan qadınlarının vəziyyətini əks etdirir. Müxtəlif tarixi dövrlərə səyahəti təsvir edən bu filmdə diqqət ölkənin ən vacib tarixi məqamlarında qadınların verdiyi siyasi töhfələrə yönəldilir. Hər bir dövr üçün öz zamanının nümunəsi sayıla biləcək görkəmli qadınlar təqdim olunur. Hazırlanmasında xeyli nadir arxiv materiallarının da istifadə olunduğu bu məlumatlılığın artırılmasına yönəldilmiş film-səyahət bu gün qadınların hansı çətinliklərlə qarşılaşdıqları və onlar üçün 21-ci əsrdə hansı imkanların mövcud olması haqqında suallarla sona çatır.
 
Sənədli filmin nümayişi İsveçrə səfirinin iştirakı ilə keçiriləcək.
 
Film Azərbaycan dilində ingiliscə subtitrlərlə göstəriləcək. Sənədli film İMAGİNE Avro Tolerantlıq Festivalına töhfə kimi nümayiş etdiriləcək.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6495
GBP 1 İngilis funt sterlinqi 2.1593
TRY 1 Türk lirəsi 0.2621
KWD 1 Küveyt dinarı 5.5985
SEK 1 İsveç kronu 0.1854
EUR 1 Avro 1.9254
CHF 1 İsveçrə frankı 1.7062
USD 1 ABŞ dolları 1.7000