• cümə, 29 Mart, 15:52
  • Baku Bakı 14°C

Deyir, nə qədər ki, oynayır, “Qızıl top” ona verilməlidir

16.05.19 11:07 751
Deyir, nə qədər ki, oynayır, “Qızıl top” ona verilməlidir
"Mançester Siti”nin futbolçusu Serxio Aquero hesab edir ki, "Qızıl top” bu il də Lionel Messiyə verilməlidir.
Kaspi.az xəbər verir ki, Aquero, ümumiyyətlə, karyerasını davam etdirdiyi müddətdə bu mükafatın ancaq həmyerlisinə verilməli olduğunu bildirib. O, "tvitter”də belə yazıb:
"Mənim düşüncəmə görə, nə qədər ki, Messi oynayır, "Qızıl top”u almağa yalnız o layiqdir. Xüsusən də Messi bu mövsümdəki kimi oynayırsa”.
Messi bu mövsüm İspaniya çempionatında 33 oyun keçirib, 34 qol vurub, 3 qol ötürməsi edib.
banner

Oxşar Xəbərlər