• çərşənbə, 24 Aprel, 13:53
  • Baku Bakı 27°C

Deyir ki, situasiyanı dəyişməyin yolunu bilirik

02.11.17 14:20 1205
Deyir ki, situasiyanı dəyişməyin yolunu bilirik
"Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasında "Tottenhem”lə keçirilən oyundan (1:3) sonra fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, Zidan komandasının böhranda olmadığını deyib. O, futbolçularının yenidən qələbələr seriyası əldə edəcəyinə inandığını vurğulayıb:
"Biz qrup liderindən cəmisi 3 xal geridə qalırıq. İndi qalan 2 oyunda maksimum nəticə əldə etmək barədə düşünməliyik. Hesab etmirəm ki, itirilmiş komandayıq. Sadəcə, bizdə soyuqqanlılıq çatmadı.
Əlinizə bir neçə imkan düşürsə, qol vurmaq mütləq vacibdi. Bu gün elə şanslarımız oldu, ancaq istifadə edə bilmədik.
Biz məğlub olduq, amma irəlidə uzun mövsüm var. Ardıcıl iki oyun məğlub olmuşuq, ona görə də məyusuq. Dincəlmək üçün 3-4 gün vaxtımız var.
Böhran? Yox, biz böhranda deyilik. Sadəcə, ən yaxşı komandaya uduzduq və bunu da qəbul etmək məcburiyyətindəyik. Amma situasiyanı dəyişə bilərik. Bunu necə edəcəyimizi yaxşı bilirik”.
banner

Oxşar Xəbərlər