• cümə, 19 Aprel, 17:54
  • Baku Bakı 25°C

Deyir ki, Ramos fenomendir, Benzema isə...

23.07.20 14:30 989
Deyir ki, Ramos fenomendir, Benzema isə...
"Real”ın futbolçusu Luka Modriç komanda yoldaşları barədə danışıb.
Kaspi.az xəbər verir ki, o, Ramos və Benzema ilə bağlı fikirlərini bildirib. Modriş Ramosla ailəvi dostluq etdiklərini də vurğulayıb:
"Mənim qardaşım Ramos fenomendir. Biz 8 il ərzində əla münasibətlər qurmuşuq, ailəvi dostluq edirik, istirahətə birgə gedirik. Bizim bir yerdə fantastik futbol təcrübəmiz, uğurlarımız var.
Benzema isə birgə oynamağın xoş olduğu ən yaxşı hücumçudur. Onun oyunu oxuması, rəqibin müdafiədəki balansını pozmaq bacarığı, meydandakı hərəkətləri xüsusidir.
Benzema həmişə komanda naminə böyük iş görüb. Çox şadam ki, indi onun yüksək səviyyəsini etiraf edirlər”.
"Real” "Barselona”nı 5 xal qabaqlayaraq İspaniya çempionu olub.
banner

Oxşar Xəbərlər