• cümə axşamı, 25 aprel, 12:38
  • Baku Bakı 23°C

Deyir ki, “Qızıl top”u fransız almalıdır

09.10.18 11:20 578
Deyir ki, “Qızıl top”u fransız almalıdır
"France Football” "Qızıl top”a namizədlərin adlarını açıqladıqdan sonra müzakirələr başlayıb.
Kaspi.az xəbər verir ki, Fransa yığmasının və "Atletiko”nun hücumçusu Antuan Qrizmann da məsələ ilə bağlı fikir bildirib. O, mükafatın fransıza verilməli olduğunu deyib:
"Bu mükafatı almaq mənim arzumdur. Tarixə nəzər salsaq, görərik ki, mükafatı yaxşıların yaxşısı alır. Başqalarına nümunə olmaq xoş hissdir.
Biz dünya çempionu olmuşuq, planetin ən güclü komandasıyıq. Deməli, ən yaxşı futbolçu da dünyanın ən yaxşı komandasında oynamalıdır, elə deyil?
Mən bunu belə görürəm. Əlbəttə, səsvermədə hər kəsin fərqli mövqeyi olur. Ancaq hesab edirəm ki, "Qızıl top”u mütləq fransız almalıdır”.
Qeyd edək ki, yekun siyahıya Fransa yığmasının üzvlərindən Qrizmanndan savayı, Kilian Mbappe, Pol Poqba, Rafael Varan, Uqo Loris və Nqolo Kante də daxil ediliblər.

Qalibin adı dekabrın 3-də elan ediləcək.


banner

Oxşar Xəbərlər