• cümə axşamı, 25 aprel, 11:34
  • Baku Bakı 14°C

Deyir ki, qadınlara o qədər pul vermək gülməlidir

14.08.19 14:27 7169
Deyir ki, qadınlara o qədər pul vermək gülməlidir
"Atlanta Yunayted”in baş məşqçisi Frank de Bur futbolda qadınlara da kişilər qədər məvacib verilməsi təklifinə münasibət bildirib.
Kaspi.az xəbər verir ki, De Bur bunun yolverilməz olduğunu deyib. O, bunun üçün qadın futbolunun daha da populyarlaşmalı olduğunu vurğulayıb:
"Düzünü desəm, bu təklif gülməlidir. Əgər dünya çempionatının finalına 500 milyon azarkeş baxıbsa, qadınlar arasında keçirilən mundiala 100 milyon baxıb. Fərq var? Deməli, məvacibdə də fərq olmalıdır.
Əlbəttə, qadınlara haqq etdikləri qədər məvacib verilməlidir. Əgər qadın futbolu da kişi futbolu qədər populyar olsa, onda onlar da kişilər qədər məvacib alarlar.
Amma indi qadın futbolu kişi futbolu qədər populyar deyil. Elə isə qadınlar niyə kişilər qədər məvacib almalıdırlar? Bu ki, gülməlidir”.
banner

Oxşar Xəbərlər