• çərşənbə, 24 Aprel, 00:09
  • Baku Bakı 14°C

Deyir ki, onun gələcəyindən qorxuram, neymarlaşıb

25.10.19 13:30 766
Deyir ki, onun gələcəyindən qorxuram, neymarlaşıb
Fransa yığmasının heyətində 1998-ci ildə dünya çempionu olan Kristof Dyuqari PSJ-nin futbolçusu Kilian Mbappeyə məsələhət verib.
Kaspi.az xəbər verir ki, Dyuqari Mbappeyə tövsiyə edib ki, komandanın maraqları naminə daha çox çalışsın. Dyuqarini ÇL-də "Brügge” ilə qarşılaşmadan (5:0) sonra verdiyi açıqlama da narazı salıb.
Xatıraldaq ki, "Brügge” ilə oyunda sonradan meydana çıxan və het-trik edən Mbappe qarşılaşmadan sonra belə demişdi:
"Mən start heyətində meydana çıxmaq istəyirdim. A mma məşqçi belə qərar verdi. Məşqçinin qərarına hörmət edirəm. Ancaq sübut etmək istəyirdim ki, PSJ-yə mənsiz çox çətin olar”.
Dyuqari deyir ki, Mbappenin bu açıqlaması onun özünəvurğunluğundan xəbər verir: "Onun belə danışması məni məyus etdi. Ola bilsin ki, mən başqa nəsli n nümayəndəsi olduğum üçün belədir. Müasir futbol məni təəccübləndirir. İndi kollektiv sənin üçün prioritet hesab edilmir.
Mən demirəm ki, Kilian yaxşı oğlan deyil. Ancaq o, bir neçə dəfə xoş olmaya n ifadələr işlədib. Mən elə gəlir ki, o, neymarlaşıb.
Ona tövsiyə edirəm ki, Quye, Erreyra, Di Mariya ilə daha çox söhbət etsin. Qorxuram ki, bu oğlana olan ümidlərimiz özünün doğrultmasın”.
banner

Oxşar Xəbərlər