• cümə, 29 Mart, 10:07
  • Baku Bakı 5°C

Deyir ki, onun dili böyüyüb, amma bunu oyununda görmür

26.04.19 11:45 459
Deyir ki, onun dili böyüyüb, amma bunu oyununda görmür
"Mançester Yunayted”in sabiq kapitanı Roy Kin Pol Poqba haqda danışıb.
Kaspi.az xəbər verir ki, Kin "Mançester Siti”yə məğlubiyyətdən sonra verdiyi açıqlamada Poqbanı kəskin tənqid edib. O, Polun eyni səhvləri təkrarladığını vurğulayıb:
"Poqba istedadlı futbolçudur. Amma eyni səhvləri dəfələrlə təkrarlayır. Onun sürəti artıra bilmədiyini, müdafiəyə kömək etmədiyini neçə dəfə görmüşük... Poqba MY üçün böyük problemdir.
Onun məşqlərdə özünün necə apardığını deyə bilmərəm, amma gördüklərimə əsasən fikrimi bildirəcəyəm. Onun dili və qüruru böyüyüb. Amma bunu oyununda görmürəm.
O deyirdi ki, "Everton”la oyundan sonra əsəbiləşib. Onların bir-birlərinə bədən geli atdıqlarını eşitmişəm. Onun dediklərinə inanmıram. Yüksək səviyyəli futbolçu komanda naminə oynayar və futbolçuları ardınca aparmağı bacarar. O, bunu etmir, yalnız özü üçün oynayır”.
banner

Oxşar Xəbərlər