Deyir ki, məni “qurbanlıq keçi” seçdilər

Deyir ki, məni “qurbanlıq keçi” seçdilər

İdman
06 Sentyabr 2019, 16:34 288
Qaret Beyl "Real”dakı durumu barədə danışıb. 
 
Kaspi.az xəbər verir ki, ulesli futbolçu "kral klubu”nda xoşbəxt olmadığını bildirib. O,  "Real”da onu "qurbanlıq keçi” seçdiklərini də etiraf edib: 
 
"Başa düşürəm ki, məni "qurbanlıq keçi” seçiblər. Bunu qəbul edirəm, amma onu da deməliyəm ki, belə yanaşma ədalətli deyil. 
 
Ötən mövsümün sonu yaxşı olmadı. Bunu etiraf etmək lazımdır. Özü də təkcə mənim üçün yox, bütün komanda üçün. 
 
Deyə bilmərəm ki, meydanda xoşbəxtəm, amma oynayıram. Meydana çıxanda peşəkaram və bütün qüvvəmi sərf edirəm. 
 
Düzünü desəm, situasiyanın nizamlandığına əmin deyiləm. Hesab edirəm ki, bununla bağlı klub rəhbərliyi ilə danışmalıyam. Biz müəyyən razılıq əldə etməliyik”. 
 
Yayda "Real” rəhbərliyi Beyli satmağa cəhd göstərsə də, buna nail ola bilmədi.