• cümə, 19 Aprel, 02:32
  • Baku Bakı 18°C

Deyir ki, Dembele Neymardan üstündür

16.04.19 14:30 577
Deyir ki, Dembele Neymardan üstündür
"Barselona”nın prezidenti Xosep Mariya Bartomeu Usman Dembele ilə Neymarı müqayisə edib.
Kaspi.az xəbər verir ki, Bartomeu bu müqayisədə üstünlüyü komandasının sabiq yox, indiki futbolçusuna verib:
"Mən bir dəfə demişəm ki, Dembele ilə Koutino Neymarın satışından əldə olunan vəsait hesabına bizim komandaya gəliblər. Usman Hazırda Neymardan üstündür. O, bir çox keyfiyyətlərinə görə Neymarı üstələyir.
Dembele "Barselona”ya tam adaptasiya olunub. Koutino da əla futbolçudur. O, oyundan-oyuna daha yaxşı olur. "Barselona”da oynamaq asan deyil. Ancaq biz ona inanırıq”.
banner

Oxşar Xəbərlər