Deyir ki, çempionluq mübarizəsi bitib

Deyir ki, çempionluq mübarizəsi bitib

İdman
12 Noyabr 2019, 13:24 382
Portuqal mütəxəssis Joze Mourinyo İngiltərə Premyer Liqası ilə bağlı danışıb. 
 
Kaspi.az xəbər verir ki, Mourinyo Premyer Liqada çempionluq mübarizəsinin bitdiyini iddia edib. O, "Liverpul”un çempion olacağını proqnozlaşdırıb: 
 
"Hesab edirəm ki, çempionluq mübarizəsi yekunlaşıb. Əlahiddə nəsə baş verməsə, məsələn zədə epidemiyası yaşanmasa, "Liverpul”un qarşısını almaq mümkün olmayacaq. 
 
İndiki halda "Liverpul” cavabı olmayan tapmacadır. Komanda futbolçuların oyun keyfiyyətindən maksimum yararlanaraq, tam məsuliyyətlə oynayır”. 
 
Premyer Liqanın 2-ci turunda "Liverpul” "Mançester Siti”yə 3:1 hesabı ilə qalib gəlib. "Liverpul” "Siti”ni 9 xal qabaqlayır.