• şənbə, 20 Aprel, 07:49
  • Baku Bakı 14°C

Deyir ki, biz ayrı-ayrı adamlarıq

08.10.20 13:30 772
Deyir ki, biz ayrı-ayrı adamlarıq
"Mançester Yunayted”in yeni transferi Edison Kavani açıqlama verib.

Kaspi.az xəbər verir ki, Kavani PSJ-də oynadığı dövrü xatırlayıb. O, braziliyalı Neymarla münasibətləri barədə də danışıb:
"O, yaxşı oğlandır. Mən Neymarla yalnız bir dəfə, "Lion”la oyunda mübahisə etmişəm. Məhz o hadisəni qabardaraq bizim münasibətlərimizin yaxşı olmadığını deyirlər.
Amma bu belə deyil. Düzdür, biz ayrı-ayrı adamlarıq. Ancaq həmişə demişəm ki, komandada hamının dost olması vacib deyil.
Əsas odur ki, meydanda dost olasan, hamı komanda naminə mübarizə aparsın, bir-birinə dayaq olsun. Ondan sonra isə paltardəyişmə otağında. Daha hamının bir yerdə nahar etməsinə ehtiyac yoxdur.

Bəli, biz ayrı-ayrı adamlarıq, bizim düşüncələrimiz fərqlidir, amma bütün bunlar yaxşı münasibətə mane olmur”.
banner

Oxşar Xəbərlər