• cümə axşamı, 28 mart, 13:33
  • Baku Bakı 16°C

Deyir ki, bəziləri onun vaxtında oynaya bilməzdilər

29.04.19 11:07 461
Deyir ki, bəziləri onun vaxtında oynaya bilməzdilər
"Mançester Yunayted”in baş məşqçisi Sulşer sərəncamında olan futbolçuların oyun keyfiyyəti barədə danışıb.
Kaspi.az xəbər verir ki, Sulşer bəzi futbolçuların səviyyəsinin aşağı olduğunu etiraf edib. O, bildirib ki, həmin futbolçular Aleks Ferqyusonun vaxtında MY-də oynaya bilməzdilər:
"İndi bizdə başqa nəslə aid olan futbolçular var. Etiraf edirəm ki, onların bəziləri Aleks Ferqyusonun vaxtında komandada oynaya bilməzdilər. Çünki onun tələblərini yerinə yetirmək iqtidarında deyillər.
Futbolçular klub tarixinin əhəmiyyətini başa düşürlər. Amma bu məsələyə köklənə bilmirlər. Biz ser Aleksin və Mourinyonun vaxtındakı kimi işləmirik. Ser Aleksin işini təkrarlaya bilmərik. Çünki o, unikal idi.
Biz öz yolumuzla gedirik. Dövr dəyişir. Bizim bossun əldə etdikləri isə inanılmazdır. Onu təkrarlamaq yəqin ki, mümkünsüzdür”.
banner

Oxşar Xəbərlər