• çərşənbə, 24 Aprel, 06:37
  • Baku Bakı 13°C

Deyir ki, belə “Barselona” heç kimi qorxutmur

12.04.19 12:23 570
Deyir ki, belə “Barselona” heç kimi qorxutmur
"Mançester Yunayted”in sabiq futbolçusu Ouen Xarqrivz Çempionlar Liqasının 1/4 finalında "Barselona” ilə keçirilən oyun barədə danışıb.
Kaspi.az xəbər verir ki, Ouen "Barselona”nın oyununu tənqid edib. O, Kataloniya klubunun qorxulu olmadığını vurğulayıb:
"Barselona” İspaniya çempionatında özünün komfort şəraitdə hiss edir. Ancaq belə oyunla, "Barselona” Avropada heç kimi qorxutmur.
Siz bir Busketsə baxın: indiyə qədər onun arxaya bu qədər ötürmə verdiyinin şahidi olmamışdım”.
"Barselona” 1/4 finalın ilk qarşılaşmasında səfərdə "Mançester Yunayted”ə qalib gəlib -1:0. Valverdenin yetirmələri cari mövsümdə ÇL-də məğlub olmayıblar. "Barsa” 9 oyunda 6 qələbə qazanıb, 3 qarşılaşmada heç-heçə edib.
banner

Oxşar Xəbərlər