“Dəyərlərimiz üçün birləşək” adlı iməclik aksiyası keçirilib
Binəqədi rayonunda "Dəyərlərimiz üçün birləşək”
adlı iməclik aksiyası keçirilib. "İslam
Həmrəyliyi ili” çərçivəsində keçirilən iməclik aksiyasında İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın əməkdaşları,
YAP Binəqədi rayon təşkilatının əməkdaşları və Gənclər Birliyinin fəalları, Binəqədi
rayon Yaşıllaşdırma İdarəsinin əməkdaşları, eləcə də rayon Mənzil Kommunal Təsərrüfatı
Birliyi, rayonun bələdiyyələri, həmçinin ayrı-ayrı idarə, müəssisə və təşkilatları,
ümumilikdə 300 nəfər fəal iştirak ediblər.
Rayonun Binəqədi bələdiyyəsi - Novxanı bağ massivi ərazisi, M.Ə.Rəsulzadə qəsəbəsi - İ.Hacıyev küçəsi
3126-cı məhəllə; Biləcəri qəsəbəsi- Natəvan küçəsi 20; Binəqədi qəsəbəsi-
Gülüstan küçəsi 8; Xocəsən qəsəbəsi - Yuxarı Sulutəpə massivi ərazisi; 28 May qəsəbəsi
7 və 8-ci küçələr və həmin qəsəbələrdə yerləşən qəbirstanlıqlarda iməclik
edilib.
Aksiya zamanı ətraf yabanı otlardan, məişət
tullantılarından təmizlənib və qəbirstanlıqlarda dinindən, irqindən asılı
olmadan dəfn edilmiş bütün şəxslərin qəbirüstüləri təmizlənib və ətraflarında
abadlıq işləri aparılıb.
"İslam Həmrəyliyi ili” çərçivəsində bu iməcliyin təşkil
edilməsində əsas məqsəd var. Gənclərimiz bilməlidirlər ki, tarixi İpək Yolunun üzərində yerləşən, Şərqlə Qərb
arasında körpü rolunu oynayan Azərbaycan müxtəlif millətlərin, mədəniyyətlərin
və dinlərin ardıcıllarının sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma şəraitində
yaşadığı məkan olub. Ölkəmizdə heç zaman milli-dini zəmində qarşıdurmanın baş
verməməsi, həmçininqarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni
və etnik-dini münasibətlərin hökm sürməsi xalqımızın özünəməxsus milli xüsusiyyətindən
irəli gəlir. Bütün bunları yaşatmaq və gənclərimizlə birgə təbliğ etmək olduqca
vacib amillərdən biridir. O cümlədən, gənclər Biləcəri
qəsəbəsində dəfn edilən tanınmış azərbaycanlı milyonçu, neft hasilatçısı,
xeyriyyəçi Ağa Musa Nağıyevin qəbirüstü abidəsi ziyarət edərək, ətrafında təmizlik
işləri aparıb və tər çiçəklər əkiblər.