• çərşənbə, 24 Aprel, 05:29
  • Baku Bakı 14°C

Deşam onları DÇ-yə niyə aparmır?

18.05.18 11:20 719
Deşam onları DÇ-yə niyə aparmır?
Fransa yığmasının DÇ-2018-ə gedəcək heyəti açıqlanıb.
Kaspi.az xəbər verir ki, "Mançester Siti”nin hücumçusu Antoni Marsyalla "Arsenal”ın forvardı Aleksandr Lyakazett heyətə salınmayıb. Fransa yığmasının baş məşqçisi Didye Deşam bu qərarı barədə açıqlama verib:
"Marsyalla Lyakazett ötən ilin noyabrında Almaniya ilə keçirilən oyunda yaxşı təsir bağışladılar. Ancaq yalnız bir oyunda. Qalan qarşılaşmalarda onlar o qədər də yaxşı deyildilər.
Biz dərin analiz apardıq, onların hansı mövqedə necə oynaya, yığmada onlara hansı məsuliyyəti həvalə edə biləcəyimizi araşdırdıq. Və qərara gəldik ki, onları heyətə cəlb etməyək.
Hesab edirəm ki, Jiru, Fekir, Qrizmann və Mbappe hücumun mərkəzində oynaya bilərlər. Kilianla Antuan digər mövqelərdə də çıxış etməyə qadirdirlər. Ancaq Mbappe özünü mərkəz hücumçusu rolunda daha yaxşı hiss edir”.
banner

Oxşar Xəbərlər