• cümə axşamı, 25 aprel, 03:00
  • Baku Bakı 19°C

Deşam da FİFA-nı tənqid etdi

06.09.18 13:20 569
Deşam da FİFA-nı tənqid etdi
Futbol adamları FİFA-nın ilin ən yaxşı futbolçusu üçün açıqladığı 3 namizədlə bağlı narazılıqlarını bildirməkdə davam edirlər.
Kaspi.az xəbər verir ki, Fransa yığmasının baş məşqçisi Didye Deşam da narazılar sırasına qoşulub. Deşam hesab edir ki, dünya çempionu olan bir komandanın heyətindən namizədlər arasında futbolçunun olmamağı ədalətsizlikdir:
" Əlbəttə, mən məyus olmuşam. Hesab edirəm ki, bu, ədalətsizlikdir. Dünya çempionu olmuş bir yığmadan namizədlər arasında heç kim yoxdur.
Qrizmann və digər futbolçularımız ilin ən yaxşısı olmağa layiq idilər”.
FİFA-nın açıqladığı namizədlər bunlardır: Kriştiano Ronaldo, Məhəmməd Salah, Luka Modriç.
banner

Oxşar Xəbərlər