• cümə, 19 Aprel, 23:05
  • Baku Bakı 24°C

Dərsliklərdə çoxlu sayda zərərli informasiya var

16.10.18 15:30 525
Dərsliklərdə çoxlu sayda zərərli informasiya var
Dərsliklərdə çoxlu sayda zərərli informasiya var. Bunlar haqqında mətbuat yazır, ekspertlər danışır, amma heç bir addım atılmır.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Aqil Abbas parlamentin bu gün keçirilən plenar iclasında "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, bu gün dərsliklərdə mənasız şeirlər yazılır, mətnlər yayılır: "İkinci sinif şagirdinə "Dağlıq Qarabağın qayıdışına inanırsınızmı" kimi suallar verilir. Bu dərslikləri hazırlayanlar məsuliyyət daşımalıdırlar".
Deputat sözlərinə görə, bundan başqa, dərsliklərdə bəzi mətnlər ləhcə ilə yazılır.
banner

Oxşar Xəbərlər