• cümə, 26 Aprel, 07:22
  • Baku Bakı 12°C

Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlandı

24.01.17 15:41 1063
Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlandı
2017-2018-ci tədris ilində istifadəyə veriləcək 6-cı sinif şagirdləri üçün dərslik və həmin dərsliklər üzrə müəllim üçün metodik vəsaitlərin yeniləşdirilmiş layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb.
Bu məqsədlə həmin dərslik və metodik vəsaitlər http://trims.edu.az/site/search.php?search=ok&book_form_id=2 keçidində yerləşdirilib. Təqdim olunan keçiddən yerləşdirilmiş istənilən dərslik və metodik vəsaiti onlayn oxumaq, PDF variantda kompüterə yükləmək, eyni zamanda xüsusi ayrılmış sahədə təklif və iradları yazmaq mümkündür.
Təklif və iradlarderslik @edu.gov.az elektron poçtuna göndərilməklə də bildirilə bilər.
Təhsil Nazirliyi geniş ictimaiyyəti - sahə mütəxəssislərini, müəllimləri, valideynləri, bir sözlə, bütün vətəndaşları dərslik layihələrinin təkmilləşdirilməsində, rəy, təklif və iradların göndərilməsində fəal olmağa dəvət edir.
banner

Oxşar Xəbərlər