• cümə axşamı, 25 aprel, 07:52
  • Baku Bakı 14°C

Dərslər və imtahanlar mayın sonunadək başa çatdırılacaq - Rəsmi

20.04.15 14:08 983
Dərslər və imtahanlar mayın sonunadək başa çatdırılacaq - Rəsmi
“İyunun 12-də Bakıda ilk dəfə olaraq Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar olaraq Nazirlər Kabineti dərs ilinin müddətinə dair qərar verib. Təhsil nazirinin əmri məhz həmin qərarın icrası üçün imzalanıb”. Lent.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, mayın sonunda dərslər, həmçinin ali və orta ixtisas məktəblərində imtahan sessiyaları başa çatdırılacaq. Nazir bildirib ki, bu, öncədən planlaşdırılmış addım idi. Həm ali, həm də orta ixtisas, həm də orta məktəblərin rəhbərlərinin, eləcə də təhsil alanların bu barədə öncədən məlumatı var idi və bütün məlumatlar ictimaiyyətə təqdim edilib”.
“Son zəng”ə dair məsələyə də münasibət bildirən nazir qeyd edib ki, son illərdə bu məsələdə muxtariyyət təhsil müəssisələrinin üzərinə qoyulub. Amma bununla bağlı may ayında əmr imzalanacaq. Bununla da “son zəng”ə dair bütün məsələlər tənzimlənəcək”.
banner

Oxşar Xəbərlər