• çərşənbə, 24 Aprel, 13:23
  • Baku Bakı 27°C

Dərslər sentyabrın 1-də başlayacaq? - Rəsmi cavab

07.02.14 14:13 4021
Dərslər sentyabrın 1-də başlayacaq? - Rəsmi cavab
Təhsil Nazirliyi gələn tədris ilindən orta məktəblərdə dərslərin sentyabrın 1-də başlayıb mayın 25-də yekunlaşacağı barədə yayılan məlumatlara aydınlıq gətirib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, ümumtəhsil məktəblərində növbəti dərs ilindən dərslərin sentyabrın 1-də başlayıb mayın 25-də yekunlaşacağı barədə yayılan məlumatlar əsassızdır.
Bununla belə, 2014-2015-ci dərs ilindən məktəblərdə tədris ilinin müddətinin 3 həftə uzadılması nəzərdə tutulur. Bununla əlaqədar təşkilati tədbirlərin görülməsi planlaşdırılır.
banner

Oxşar Xəbərlər