• cümə axşamı, 28 mart, 23:42
  • Baku Bakı 13°C

“Dərsindən qaçdığımız müəllimlə qarşılaşdıq” – Tələbəlik illəri

27.04.19 13:00 2150
“Dərsindən qaçdığımız müəllimlə qarşılaşdıq” – Tələbəlik illəri
Təbəlik illəri, hər kəsin xatırladıqca yadına müxtəlif acılı-şirinli xatirələr düşən dövrlərdəndir. Əslində, xatirə çox olur, amma onların içərisində elələri olur ki, yaddan heç vaxt çıxmır. Bu dəfə psixoloq Fərqanə Mehmanqızı unutmadığı o xatirələrdən birini bizimlə bölüşdü: "Universitetdə Azərbaycan dili və ədəbiyyat fənnini bizə tədris edən müəllim var idi, o, imkan olan kimi bizə, Fəxri Xiyabandan, orda uyuyan insanlardan danışardı, biz də onu dinləyərdik. Sən demə, həmin müəllim həm də boş vaxtlarını Fəxri Xiyabanda keçirirmiş. Bir dəfə o müəllimin dərsi sonuncu saat idi, 10-12 tələbə dərsdən qaçdıq. Müəllim bunu bilib, bizə qayıb yazıb, dərsdən qaçdığımız üçün protokol tərtib olunub. Biz dərsdə olmadığımız üçün müəllim həmin saat boş qalıb deyə, Fəxri Xiyabana gedib. Biz də dərsdən qaçıb yemək yedikdən sonra Fəxri Xiyabana yollandıq. Orda gəzərkən müəllimlə qarşılaşdıq. Həm gülməli, həm ağlamalı situasiya oldu. Dərsindən qaçdığımız müəllimlə qarşılaşmışdıq. Müəllim bizi dərsdən qaçdığımız üçün o ki var danladı, universitetin qaydalarını pozmuşduq. Dərsdən qaçıb Fəxri Xiyabana getdiyimiz üçün isə bütün protokolları sildirdi. Həmişə parta arxasında olan dərsi Fəxri Xiyabanda keçdik. Müəllim bizə çox maraqlı məlumatlar verdi. O hadisə mənim heç vaxt yadımdan çıxmır. Hər dəfə Fəxri Xiyabanın yanından keçəndə ədəbiyyat müəllimimiz və orda keçdiyimiz dərs yadıma düşür”.
Aygün
banner

Oxşar Xəbərlər