AZE | RUS | ENG |

Dərs ilinin mayın 31-də bitməsi...

Dərs ilinin mayın 31-də bitməsi...
Təhsil naziri bu barədə səslənən fikirlərə münasibət bildirdi

Təhsil naziri Ceyhun Bayramov orta məktəblərdə dərs proqramlarının vaxtından əvvəl bitməsi səbəbindən tədrisin mayın 31-də başa çatması ilə bağlı səslənən fikirlərə münasibət bildirib.

Trend-in məlumatına görə, C.Bayramov deyib ki, bu məsələ ilə bağlı Təhsil Nazirliyinin rəsmi möqeyi dəfələrlə açıqlanıb.

O əlavə edib ki, 2015-ci ildən etibarən Nazirlər Kabinetinin müvafiq qərarı ilə tədris ili sentyabrın 15-i başlayır və iyun ayının 14-də bitir.

Nazirin sözlərinə görə, artıq yeni hazırlanan dərsliklər 32 deyil, 34 həftəlik tədris ili üçün hesablanır: "Bu illər ərzində yenilənməmiş dərsliklərlə bağlı Təhsil İnstitutu tərəfindən metodik tövsiyələr hazırlanaraq yerlərə göndərilib ki, mövcud dərsliklər 32 deyil, 34 həftəlik tədris ili üzrə təşkil oluna bilsin. Onu da qeyd edim ki, dərs ilinin müddətinin dəyişdirilməsi ilə bağlı qərar verilərkən orta aylıq hava temperaturu ilə bağlı məlumatlar da nəzərə alınıb".

C.Bayramov qeyd edib ki, sentyabrın ayının ilk iki həftəsi ilə iyun ayının ilk iki həftəsinin orta aylıq temperaturları arasında fərq yoxdur. Orta aylıq temperatur hesablanarkən isə son 10 ilin göstəriciləri nəzərə alınıb: "Qərar verilərkən nəzərə alınan digər göstərici havanın rütubətli ilə bağlı olub. Havada rütubət nə qədər çox olarsa, isti havanı keçirmək bir o qədər çətin olur. Sentyabrın ayının əvvəlində olan rütubət göstəricisi iyun ayının əvvəlində olan göstəricidən yüksəkdir".




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9027
GEL 1 1 Gürcüstan larisi 0.5913
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1179
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1802
CHF 1 1 İsveçrə frankı 1.7276
KWD 1 1 Küveyt dinarı 5.5868
TRY 1 1 Türkiyə lirəsi 0.2989