• çərşənbə axşamı, 23 aprel, 11:26
  • Baku Bakı 20°C

Dərmanlarla bağlı çox ciddi qiymət dəyişikliyi gözlənilir - Tarif Şurası

11.06.15 13:05 1127
Dərmanlarla bağlı çox ciddi qiymət dəyişikliyi gözlənilir - Tarif Şurası
“Dərman vasitələrinin vahid qiymətlə satışı nəticəsində bu sahəyə dövlətin nəzarəti güclənəcək”

“Dərmanlarla bağlı çox ciddi qiymət dəyişikliyi gözlənilir. Elə dərmanlar var ki, çox bahadır. İnsanlar həmin dərmanların qiymətində enmənin şahidi olacaqlar”.
APA-nın xəbərinə görə, bunu Tarif Şurasının katibi İlkin Məcidov deyib.
İ. Məcidov bildirib ki, dərman vasitələrinin vahid qiymətlə satışı nəticəsində bu sahəyə dövlətin nəzarəti güclənəcək: “Bütün apteklərdə eyni qiymətlər olacaq. Bu həm də sığorta sisteminin inkişafına töhfə vermiş olacaq. Artıq 10 istinad ölkəsi təsdiq edilib. Sahibkarların fəaliyyəti baxımından bildiyiniz kimi 22 may tarixində Nazirlər Kabineti tərəfindən müvafiq qayda təsdiq olunub. Burada həm topdançılar, həm də aptek təşkilatları üçün müəyyən marjalar nəzərdə tutulub. Həmin marjalar da beynəlxalq təcrübə ilə müqayisədə kifayət qədər normaldır. Apteklər həmin marjalarla öz fəaliyyətlərini normal şəkildə təmin edə biləcəklər və qiymət baxımından apteklər arasında rəqabətə ehtiyac qalmayacaq. Bütün rəqabət keyfiyyət müstəvisinə keçmiş olacaq”.
banner

Oxşar Xəbərlər