• cümə, 29 Mart, 01:32
  • Baku Bakı 7°C

Dərman vasitələrinin qiyməti ilə bağlı yeni xəbər

03.02.15 15:16 1234
Dərman vasitələrinin qiyməti ilə bağlı yeni xəbər
Prezident İlham Əliyev “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikləri təsdiqləyib. Dəyişikliyə əsasən, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.
Qanunda edilmiş dəyişiklik bunlardan ibarətdir.
1. 4.1.4-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.1.5-ci maddə əlavə edilsin:
“4.1.5. dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi.”.
2. 4.5-ci maddədə “tarifləri” sözündən sonra “və dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri” sözləri əlavə edilsin.
3. Aşağıdakı məzmunda 4.6-cı maddə əlavə edilsin:
“4.6. Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir”.
banner

Oxşar Xəbərlər