• şənbə, 20 Aprel, 09:06
  • Baku Bakı 14°C

“Dərhal sonra Azərbaycandan güclü dəstək gəldi” - Çavuşoğlu

25.07.16 14:36 1247
“Dərhal sonra Azərbaycandan güclü dəstək gəldi” - Çavuşoğlu
"Hərbi çevrilişə cəhd baş verdikdən dərhal sonra Azərbaycandan bizə güclü dəstək gəldi. Azərbaycan bu dəstəyi təkcə telefonla deyil, həm də atdığı addımlarla göstərdi. Bir millət olmağı şərtləndirən də məhz budur".
APA-nın xəbərinə görə, bu sözləri Türkiyənin xazrici işlər nazuiri Mövlud Çavuşoğlu "Habertürk” televiziyasına müsahibəsi zamanı bildirib.
M. Çavuşoğlu deyib ki, son zamanlar Azərbaycanın işğal edilmiş torpaqları ilə bağlı təmaslar intensivləşib: "Rusiyanın bu məsələ ilə bağlı ciddi çalışmaları, Minsk qrupu həmsədrlərinin təşəbbüsləri var. Bəzi təkliflər oldu. Bunların içərisində Azərbaycanın qəbul edəcəyi təkliflər də var. Biz Azərbaycanın qəbul etdiyi bütün təklifləri dəstəkləyəcəyimizi bildirmişik”.
banner

Oxşar Xəbərlər