AZE | RUS | ENG |

Deputatlarımız Fransaya gedir

Deputatlarımız Fransaya gedir
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin AŞPA-dakı daimi numayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyası komitələrinin iclaslarında iştirak etmək üçün dekabrın 10-dan 15-dək Fransaya səfər edəcəklər.

Trend-in məlumatına görə, Parisdə keçiriləcək Siyasi işlər və demokratiya, Hüquqi işlər və insan haqları komitələrinin iclaslarında quruma üzv dövlətlərdə terrorizmə qarşı mübarizə, gender bərabərliyi üzrə dünya demokratik forumuna hazırlıq, demokratik seçki prosesi zamanı media azadlığının prinsipləri, referendum keçirilməsi sahəsində yeniliklər, təşkilatda prosedur qaydalardan sui-istifadə hallarının aradan qaldırılması və ekstradisiya şərtləri, üzv dövlətlərdə QHT-lərin fəaliyyəti və digər məsələlər müzakirə ediləcək.

Deputatlarımız müzakirə olunacaq məsələlərə öz münasibətlərini bildirəcəklər.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9292
GEL 1 1 Gürcüstan larisi 0.6379
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1461
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.7128
KWD 1 1 Küveyt dinarı 5.5895
TRY 1 1 Türkiyə lirəsi 0.3157